Ələsgərova Elvina
Müharibə çox dəhșətlidir. Bunu ancaq yașayanlar bilər. 27 sentyabrda bașlayan müharibə bizə çox șeyi anlatdı. Biz müharibədə erməni fașizminin vəhșiliklərinin șahidi olduq. Müharibəyə bu qədər tez alıșacağımıza inanmırdıq. Müharibədə hər gün təcili yardım və atəș səsləri eșidirdik. Hər gün bir neçə șəhid xəbəri gəlirdi, bir evin çırağı sönürdü. 44 günlük müharibənin 32-ci günündə, 28 oktyabrda erməni Bərdədə yenidən terror etdi. Bu terror çoxlu sayda insanın həyatına son qoydu. Çətin günlər keçirdik.
28 oktyabrın günorta saatları idi. Mən televizoru izləyirdim. Birdən çox yaxın məsafədən gurultulu səs duydum və zəlzələ olduğunu zənn etdim. Ancaq ard-arda gələn raket səslərindən bunun terror olduğunu anladım. O an evimizin pəncərələrinin șüșələri sındı. Ailə üzvlərimlə yașadığımız ərazini tərk etdik. Televizorda Bərdə terroru göstərilirdi. Hər kəs bu terrora șahidlik edirdi. Bu terrorda 27 nəfər insan həlak oldu. Bu insanlar günahsız yerə öldürüldü. O gündən sonra mən erməni vəhșiliklərinin șahidi oldum. Terrorun nə demək olduğunu anladım. Raket düşən yerlərə baxdıqca vahimələnirdim. Bunu ermənidən başqa kimsə edə bilməzdi. Bu normal insan işi deyildi. Uşağa, qocaya, qadına qıyan, dinc əhalini qırmaqdan çəkinməyən ermənilər. Bir neçə gün keçdi, 10 noyabr gəlib çatdı.
10 noyabr Vətən müharibəsinin son günü idi. İgid əsgərlərimiz Bərdə terrorunun qisasını aldı. 10 noyabr 3 ölkə tərəfindən imzalanmıș bəyannamə əsasında müharibə sona çatdı. Bu günlər bizim heç vaxt yadımızdan çıxmayacaq. Azərbaycan ordusu və əhalisi bu hadisələrin baș verməsinə baxmayaraq, həmișə olduqları kimi güclü idilər. İgid əsgərlərimiz əzmlə döyüşdülər. Biz öz qədim torpaqlarımıza – Qarabağımıza qovușduq. Bu müharibədə 3000-ə yaxın șəhid verdik. Ancaq qələbəni əldə etdik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə Allahdan șəfalar diləyirik.
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!
Yașasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Ələsgərova Elvina
Bərdə şəhər şəhid Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbi – X sinif