Əsədzadə Ülvi
İlin payız fəslini yaşayırdıq. Sentyabrın 27-si idi. Bütün kənd sakinləri şirin yuxuda idi. Sübh tezdən partlayış səsinə oyandıq. Atəş səslərindən qulaq tutulurdu. Hər kəs çaşqınlıq içərisində idi. Gözləmədiyimiz bir anda baş verən hadisə hər kəsi təşvişə salmışdı. Evlər top atəşinə tutulurdu.
Biz yaşadığımız evin 25 metrliyinə top mərmisi düşdü. Evin şüşələri bir anda çiliklənib yerə töküldü. Mən anama və nənəmə köməklik edərək həyətdəki qazmaya sığındıq. Get-gedə atəş səsləri güclənir, bombalar sanki yağış rolunu oynayırdı. Evlərin damlarından, ot tayalarından qalxan tüstülər burula-burula göy üzünə qalxırdı. Hər kəs sarsıntı içində idi.
Bunları yaşamaq da, unutmaq da çox çətindi.Yaşanan sarsıntılar insanlara, ən çox da uşaqlara təsir edir. Hər səs, hər həyacan yaddaşımıza elə hopub ki, onu hər an xatırlayacağıq.
Biz yaşda olan müharibə şahidləri üçün müharibənin hər anı bir tarixdir. O anları unuda bilmərik.
Qəhrəman ordumuza ümidimiz çox böyük idi. Bilirdik ki, biz qalib gələcəyik. Çünki bizim ordumuz çox güclüdür. Lazım gələrsə hər kəs, böyüklü-kiçikli silaha sarılıb ölkəmizin müdafiəsinə qalxacaqdı.
Mən də öz növbəmdə həmyaşıdlarıma tövsiyə edərdim ki, hər zaman gələcəyin bir əsgəri kimi vətənimizin keşiyini çəkək, vətənin hər qarış torpağını düşməndən göz bəbəyi kimi qoruyaq. Erməni vandalizmini dünya birliyinə bir terrorçu, uşaq qatili kimi tanıdaq ki, gələcək nəsillər bunların necə bir millət olduğunu bilsinlər. Biz “Dəmir Yumruq” altında birləşən qalib ölkəyik.
Əsədzadə Ülvi
Tərtər rayonu Əskipara kənd
tam orta məktəbi – XI sinif