Abbasov Ayxan
Zəfər yolu 2020-ci ilin 27 sentyabrında başladı. 44 günlük vətən müharibəsindəki Zəfər günü, xeyirin şər üzərində qələbəsi və ədalətin tarixi təntənəsi idi. Tarix boyu Azərbaycan xalqı səbirli, qonaqpərvər, sülh və əmin-amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. Ermənistanın sülh danışıqları prossesini pozması, təmas xəttindən tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana, Azərbaycan ordusuna hərbdən başqa yol qoymadı. Təbii ki, müharibənin hər dəqiqəsi, hər saatı qan, ölüm, itimdir. Əslində 44 gün davam edən vətən müharibəsi müasir dövr üçün çox qısa bir müddətdir.
Danılmaz həqiqətdir ki, müharibədə qələbə, döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanımiz, Cənab İlham Əliyevin səsləndirdiyi, “Qarabağ Azərbaycandır!” ifadəsi ordumuzu hər gün, hər saat zəfərdən-zəfərə aparan şüara çevrildi. Bu tale yüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhvali-ruhiyyənin cazibəsinə düşüb, qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olurduq.
Azərbaycan ordusunun cəsur əsgər və zabitləri canı, qanı bahasına ermənilərin və onların xarici havadarlarının 30 il ərzində milyonlarla vəsait sərf edərək qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi.
Ulu öndərimiz deyirdi: “Mən ilham Əliyevə özüm qədər inanıram.”
Azad olmuş bütün torpaqlarımızda, üç rəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə, kütləvi informasiya vasitələrinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu.
Mən, müharibənin balaca şahidi olaraq “Nəyi, harada və nə vaxt etməyin lazım olduğunu mən özüm bilirəm!” – deyən, – “Azərbaycanın apardığı müharibə ədalətli və müqəddəs haqq işidir!” səsləndirən Ali Baş komandan, cənab İlham Əliyevlə şəxsən fəxr edirəm.
Abbasov Ayxan
Bərdə şəhəri Tofiq İsmayilov adına
1 nömrəli tam orta məktəbi – XI sinif