Abdullayeva Nəzirə
Heç vaxt yadımdan çıxmayan tarix, 27 sentyabr 2020-ci il. Bütün ailə üzvlərimiz yuxudan oyanmışdı. Birdən güclü gurultu səsləri eşitdik. Səsdən qulaq tutulurdu. Həyəcanla həyətə qaçdıq, amma nə olduğunu anlaya bilmədim. Bir-birinin ardınca yenə həmin səslər gəldi. Həyəcandan əsirdim. Atam dedi ki, ermənilərdir. Atılan toplar lap yaxına düşürdü. Ermənilərin təxribatına cavab olaraq atəş səsləri daha da çoxaldı. Çox qorxurduq, qonşuluğa düşən topun zərbəsindən evimizin pəncərələri sınıb töküldü. O gün hec vaxt yadımdan çıxmaz. Bunu yazdıqca, o günlərə qayıdıram. Anamın ağlamağı, atamın həyəcanı…
Atam dedi ki, siz kənddən gedin, uşaqlara qəlpə dəyər, mən qalıram. Anam isə: “Sənsiz heç yerə gedə bilmərik”, – dedi. Özümüzü bütünlüklə itirmişdik. Nə edəcəyimizi bilmirdik. O günlər getsin, bir də qayıtmasın. Ali Baş Komandanın qətiyyətli gösrətişi, xalqımızın birliyi, əsgərlərimizin cəsarəti, igidliyi nəticəsində işğalçı ermənilər məğlub oldular. Neçə illərdi işğalda qalan torpaqlarımız azad edildi.
Hər dəfə müharibə deyiləndə o ağır günləri xatırlayacağam. Onu təzədən yaşayacağam. Çünki müharibə elə bir bəladır ki, onun törətdiklərini unutmaq olmur. Valideynlərin həyacan dolu baxışlarını, insanların təşvişini, dağıntıları; mərmi bu gün kimin evinə düşər, məktəbimiz dağılarmı, sabah kimi sağ görəcəyik suallarını, yaşananları yaddan çıxarmaq çətindi. Müharibə insanda sağalması çox çətin olan psixoloji travma yaradır. Ona görə də bütün dünyaya səslənirəm ki, yer üzündə erməni adında xain, təcavüzkar bir millət var ki, qocaya, qadına, uşağa atəş açır. Ağıla gəlməz, insanlığa yaraşmayan hərəkətlər edir. Bütün dünya qoy bu qəddar, amansız milləti tanısın. Onlar ən ağır cəzaya layiqdirlər və mütləq cəzalarını alacaqlar.
Mənim vətənpərvər xalqım hər zaman ata-baba torpaqlarımızı qoruyacaq!
“Qarabağ Azərbaycandır!”
Abdullayeva Nəzirə
Tərtər rayonu Mehman Qarayev adına Qaraağacı kənd tam orta məktəbi –
X sinif