Abdullayeva Nuranə
Milli-mənəvi birliyimiz, vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətanəti 44 günlük müharibədə özünü daha da bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır. Onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz xalqın qiymətli potensialı olan oğulların çiyinlərində yüksəlir. Ən çətin, ən ağır məqamlarda məsulliyəti öz üzərinə götürən xüsusi təyinatlıların rolu bu savaşda çox böyükdür. Qələbəsini böyük iftixarla qeyd etdiyimiz Şuşanın alınması da onların şücaəti sayəsində oldu.
Müharibədə döyüş də var, şəhidlik də. Şəhidlik adi ölüm deyil, vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda əsl heyrət, hünər və şərəfdir.
Qarabağ zəfərində torpaqlarımızı erməni tapdağından azad edən Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfalar diləyirik.
Eşq olsun müqəddəs torpağın şəhid oğullarına!
Vətən onları əsla unutmayacaq!
Abdullayeva Nuranə
Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbi – X sinif