Azərqızı Aysu
27 sentyabr 2020-ci il. Biz də bütün Tərtər sakinləri kimi səhəri vahiməli atəş səsləri içərisində açdıq. O gün erməni faşistləri şəhərimizi vəhşicəsinə bombaladılar. Yer, göy lərzəyə gəldi. Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri ikinci dünya muharibəsi dövründə almanların dağıtdığı Stalinqrad şəhərinə bənzəyirdi. Yalnız Tərtər şəhəri deyil, Azərbaycanın bir çox şəhərləri mənfur qonşularımız tərəfindən ciddi şəkildə zərər görmüş, dağıdılmışdı. Qaniçən düşmən müzəffər ordumuz qarşısında tab gətirə bilməyərək heyfini dinc əhalidən çıxırdı. Yaşayış məntəqələrinə, məktəblərə, bağcalara, xəstəxanalara, hətta məzarlıqlara belə atəş açmaqdan çəkinmirdilər. Müzəffər ordumuz da düşmənə dərsini döyüş meydanında layiqincə verirdi.
Qəlbimizi sızladan, ürəyimizi göynədən bu savaşda nələr çəkmədik, nələr? Mən özümü müharibənin 9-cu günü, Bərdə şəhərinə atılan amansız raket hucumlarına qədər atəş səslərinə alışmış hesab edirdim. Raketlərdən bir neçəsi bizim qaldığımız evə, yəni babamgilin evinin yaxınlığına düşdü. Çox qorxulu idi. Barıt qoxusu, tüstü ətrafı bürümüşdü. Hər kəs sığınacaqlara qaçırdı. Mən bacımla sığınacağa tərəf qaçmaq istəyirdik ki, qarışıqlıqda valideynlərimizi itirdik. Onların hansı sığınacağa girdiklərini bilmədik. Qışqırıqlar insanın ağlını başından alırdı. Anamigil də bizin hansı sığınacaqda olduğunuzu bilmirdilər. Çox qorxmuşduq. Bacım hey ağlayırdı. Elə dəhşətli vəziyyət idi ki, mən ona təskinlik verə bilmirdim. Təxminən 20 dəqiqə çəkdi. Anam sığınacaqları axtararaq bizi tapıb sakitləşdirməyə çalışdı. Ancaq heç cür mümkün olmadı. Övladları döyüşdə olan anaların həyəcanı, övladının şəhid olduğunu eşidən ananın fəryadı hələ indiyə qədər qulaqlarımdadır. Ara sakitləşəndən sonra valideynlərim və qohumlarımızla Bərdə şəhərini tərk etdik.
Hər anı uşaq yaddaşıma bir ömür kimi yazılan günləri, yaşantıları bir cümlə, bir yazı ilə ifadə etmək mümkün deyil. Zaman-zaman xatırlanacaq bu ağır xatirələr uşaq yaddaşımı elə zədələyib ki, mən hələ də o qorxunun təsiri altındayam. O qara yuxudan qurtula bilmirəm.
Murdar ermənilər insanların yaşadığı yerləri dəfələrlə raket atəşinə tuturdular. Müharibənin 3-cü günü dayımgilin evinə 2 dəfə ardı-arda düşən mərmi evi tamamilə yandırıb külə döndərdi. Həyəcandan mənim dilim tutulmuşdu. Heç ağlaya da bilmirdim. Çox çətin idi.
Həmyaşıdlarıma insan həyatı üçün çox təhlükəli olan erməni təcavüzundən ehtiyatlı olmağı tövsiyə edirəm. Çünki onlar axar su ilə oyuncaq və yaxud əşya görkəmində partlayıcı vasitələri yaşadığınız yerlərə keçirirdilər. Erməni vandalizmi faşizmdən daha qorxuludur. Bunu sözlə izah etmək çox çətindir. Mən bilirəm ki, dünya birliyi buna layiqincə səs çıxarmasa belə, onların necə vəhşi və hiyləgər millət olduğunu yaxşı bilirlər.
Buna baxmayaraq, milli dəyərləri mənliyində daşıyan Azərbaycanın şanlı ordusu düşməni heyrətlər içində boğdu. Və öz torpaqlarına sahib çıxdı. Düşmənə öz yerini bildirdi və dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Əgər bu gün Azərbaycanın Ali Baş Komandanı və qəhrəman, igid oğulları varsa, demək, bu vətən basılmaz qaladır. Bu qalanın şərəfini qorumaq sənin, mənim, hər birimizin borcudur.
Azərqızı Aysu
Tərtər şəhər Şikar Şikarov adına
5 nömrəli tam orta məktəbi – X sinif