Cabbarova Ayşən
Ermənilərin xalqımıza qarşı törətdiyi təcavüzün səbəblərini öyrənmək üçün tarixi vərəqləməli oldum. Ermənilərin bizim torpaqlarımıza necə gəldiklərini araşdırmağa başladım.
Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə şirnikləndirirdi. 1724cü il noyabrın 10-da I Pyotun adından verilmiş fərmanda ələ keçirilmiş Azərbaycan ərazisində ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək öz siyasətlərini həyata keçirərək ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olmuşdur.
Bu düşünülmüş siyasət sonradan Ermənistan Azərbaycan arasında birinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərdi. I Qarabağ müharibəsinin baş verdiyi müddət ərzində Ermənistan öz təcavüzkar siyasəti ilə Azərbaycanın 20% ərazisini işğal etdi. Bu təcavüzkar siyasət milyonlarla insanı öz doğma torpağından didərgin saldı. Lakin buna baxmayaraq xalqımız gələcəyə olan ümidini, inamını itirmədi. Bunu 44 günlük vətən müharibəsi sübut etdi. Bu müddət ərzində ermənilər yenə öz təcavüzkar siyasətlərindən əl çəkmədilər. Bunu pespublikamızın Gəncə şəhərinə edilən raket atəşləri ilə göstərmək kifayət edir.
Gəncəyə raket hücumları 2020-ci ilin oktyabr ayında Ermənistanın silahlı qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda baş verdi. İlk hücüm 4 oktyabrda baş verdi. Hücum nəticəsində 1 mülki şəxs şəhid oldu, 30 dan çox mülki şəxs yaralandı. Bu raket hücumu müharibələrin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hucüm idi. İkinci raket hücumu isə 5 oktyabrda oldu. Bu dəfə 3 mülki şəxs yaralandı. Üçüncü raket hücumu oktybarın 8-də. Həlak olan və yaralanan olmadı. 11 oktyabrda baş verən dördüncü raket hücumu nəticədə 10 mülki şəxs şəhid oldu və 40- dan çox insan yaralandı. Bu atəşkəsdən 1 gün sonra baş verdi və atəşkəsi pozmaqla nəticələnəndi. Mülki şəxsləri hədəf alan beşinci hücüm isə 17 oktyabrda baş verdi. Hamısı mülki şəxslər olmaqla 16 şəhid oldu, 55 nəfər isə yaralandı. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları daxil olmaqla digər binalara, avtomobillərə də ziyan dəydi.
Məni ən çox sarsıdan uşaqların dağıntılar altında qalaraq şəhid olmalarıdır. Məsum, günahsız, baş verənlərdən xəbərsiz olan, səhərin açılmasını böyük sevinclə gözləyən, bir daha ata-anasını görə bilməyəcək, nəvazişdən uzaq düşən uşaqların…
Demək olar ki, ermənilər bu amansız təcavüzləri insanlar gecə yatan zaman həyata keçirirdi. Bu da ermənilərin necə təcavüzkar siyasətə malik olduqlarını bir daha sübut etdi. Partlayış baş verəndə mən də hər kəs kimi qorxdum, o insanların həyatı üçün narahat oldum. Amma daha sonra qorxmadım, çünki Ali Baş Komandan İlham Əliyevin çıxışları, ordumuzun qəhrəmancasına döyüşməyi məni cəsarətləndirdi. Həmin partlayışlar zamanı bir çox insanların yaşayış evlərinə ziyan dəydi. Buna baxmayaraq xalqımız mənfur düşmənin yaratdığı bu siyasətdən qorxmayaraq bir dəmir yumruq altında birləşdi.
Bu 44 günlük müharibə ərzində bütün torpaqlarımız işğaldan azad olundu. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də, xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycan daha böyük gələcək, daha firəvan həyat gözləyir.
Cabbarova Ayşən
Gəncə şəhər 17 nömrəli tam
orta məktəbi – XI sinif