Həsənova Ruslana
Azərbaycan və Ermənistan arasında gedən elan olunmamış müharibənin 30-cu ilini yaşayırdıq. Ermənistan öz çirkin işğalçı siyasətindən əl çəkmirdi, ordumuzu müxtəlif vaxtlarda iriçaplı silahlarla atəşə tuturdu. Artıq səbri tükənən Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-dən başlayaraq əks hücum əməliyyatı əmrini verdi. 44 günlük vətən müharibəsi nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd və 5 adsız yüksəklik alındı.
Noyabrın 8-də Qarabağın ürəyi Şuşa işğaldan azad edildi. 44 günlük II Qarabağ müharibəsində 3000 hərbi qulluqçu şəhid, 3000-dən çox hərbi qulluqçu qazi olmuş və 14 nəfər itkin düşmüşdür. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram.
Ermənistanın Gəncəyə ilk raket hücumu 4 oktyabrın saat 11-12 radələrində olmuşdu. Mən bu vaxt ailəmlə birgə evdə idim. İlk partlayış səsi eşidəndə elə bildim hardasa güclü yanğın baş verib. Biz küçəyə çıxdıq bütün şəhər tüstü içində idi. Atam tez bir zamanda gəlib dedi ki, ermənilər şəhərimizi qadağan olunmuş raketlə atəşə tutub. Mən və kiçik qardaşım əvvəlcə çox qorxduq. Çarpayıların altında gizləndik, sonra atam və anam bizi sakitləşdirib dedi ki, qorxmayın onlar bizə heç nə edə bilməzlər. Bizim yaşayış yerimiz heç bir dağıntıya məruz qalmamışdı. Ancaq nənəmgilin evlərinin qapı və pəncərələri sınmış, çılçıraqları yerlə bir olmuş, evin dam örtüyünə isə xeyli ziyan dəymişdi. Mən gedib onların evlərini o vəziyyətdə görəndə düşmənə nifrət hissim daha da artdı. Sonra dayımgil bizi şəhərdən uzaq bir kəndə apardı. Çünki onların azyaşlı uşaqları var idi və onlar çox qorxmuşdular. Mən hələ də o qorxu hissini ata bilməmişəm. Şimşək çaxanda, fişəng atılanda çox qorxuram. Sanki həmin anlar gözümün önündə canlanır.
Müharibə bərkdən-boşdan çıxmış böyüklər üçün qorxuludursa, görün həmişə qayğı, nəvaziş içində yaşayan, qorunan uşaqlar üçün necə olar. Eşitmədiyim qorxulu bir səsi qəfil eşitmək, görmədiyim dağıntıları, bir anın içində çoxlu insanların itkisini, şəhid olmasını görmək mənim üçün çox ağır idi. Bu qədər qorxulu hadisələri qavraya bilmirdim. Elə bil beynim donmuşdu. Sarsılmışdım. Ona görə də heç bir uşağa müharibəni görməyi arzu etmirəm. Bütün dünya həmişə sülh içərisində yaşasın.
Xain qonşu olan ermənilər daim bizim torpaqlara göz dikib. İşğal olunmuş torpaqlarımızın milli, mənəvi, irsi, mədəni abidələri, məcidlərimizi dağıdıb talan edib. Hətta qəbir daşlarını belə yerindən çıxarıblar. Meşələri yandırmaq, su hövzələrinə zərər verməkdə ekoloji fəlakət yaradıblar. Onların vandallıqlarını saymaqla bitməz. Ermənistan dövləti dinc əhaliyə, təbiətə vurduğu zərər və ziyana görə cavab verməlidirlər.
Prezident İlham Əliyevin 17 illik uğurlu siyasəti nətiəsində düşmən məğlub edildi və üçtərəfli kapitulasiya aktı imzalandı.
Həsənova Ruslana
Gəncə şəhər 31 nömrəli tam
orta məktəbi – XI sinif