"Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi" İctimai Birliyinin sədri Aydın Zeynalov
“Milli Dəyərlərin Qorunmasına
Ziyalıların Dəstəyi” İctimai Birliyinin sədri Aydın Zeynalov

Əziz dostlar, hörmətli həmfikirlər.

 

XX əsrin əvvəllərindən başlayaraq ermənilər zaman-zaman torpaqlarımızı işğal etmiş, dinc əhalini qətlə yetirmiş, milli-mənəvi dəyərlərimizə sahib çıxaraq abidələrimizi, məscidlərimizi, şəhər və kəndlərimizi dağıtmışlar. XX əsrin 70-ci illərində hakimiyyətə gələn Heydər Əliyev ermənilərin hiylə və xislətini çox yaxşı bilirdi. O zaman Heydər Əliyevin Moskvada yüksək vəzifəyə təyin olunmasını həzm edə bilməyən erməni daşnakları ona qarşı hər cür vasitə ilə şər və böhtan kompaniyasına başlamışdılar.

Ancaq bütün çətinliklərə baxmayaraq Heydər Əliyev xalqın tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələrək çətin və şərəfli xilaskar missiyasını öz üzərinə götürdü və atəşkəsə nail oldu.

Lakin insanlıqdan uzaq, xain, yaltaq, hiyləgər ermənilər hər an atəşkəsi pozaraq, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edirdilər.

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə, Bərdə, Tərtər və Ağdamın orta məktəblərində təhsil alan X-Xl sinif şagirdləri arasında “Müharibənin Balaca Şahidləri” layihəsi çərçivəsində inşa yazı müsabiqəsinin keçirilməsində məqsəd şəhərlərimizə raketlər atılan anda uşaqların keçirdiyi dəhşət dolu hissləri, psixoloji sarsıntıları dünya ictimaiyyətinə çatdırmaqdır.

Dünya hərb tarixində heç bir sərkərdə 44 günə düşməni məğlub edə bilməyib. Bunu Ali Baş Komandanımız başda olmaqla, qəhrəman Azərbaycan ordusu bacardı.

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Ulu Öndər deyirdi: “Mən İlham Əliyevə özüm qədər inanıram”. Xalq da İlham Əliyevə inanırdı. Məhz bu inam, bubirlik sayəsində 30 illik həsrətə son qoyuldu. Biz qalib gəldik.

Bir ziyalı olaraq şəxsən mənim üçün ən təsirli, ən dəyərli mənzərə Cənab Prezidentimiz qələbə günü Ulu Öndərin məzarını ziyarət edərkən üzündəki qürurlu ifadə idi:

“Mən Ata vəsiyyətini yerinə yetirdim”.

Müharibələr itkisiz olmur. Dağıntılarımız, şəhidlərimiz, qazilərimiz var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Biz onların sayəsində azad ölkənin qalib vətəndaşlarıyıq.