İsgəndərova Nərmin
27 sentyabr 2020-ci il, saat 08:00 radələri dəhşətli partlayış səsi ilə oyandım. Nə olduğunu bilmədən təlaşla yerimdən qalxdım. Mənfur Ermənistan silahlı qüvvələri yaşayış yerlərimizi atəşə tutmuşdular. Dəhşətli partlayış səsləri eşidilirdi. Hər kəs təlaş içərisində idi. Biz məcburən yaşayış yerimizi tərk etməli olduq. Düşmən qüvvələri evlərimizi top və raket atəşi ilə vururdular. Qonşuluğumuza düşən top mərmisi evi darmadağın etmişdi. Xoşbəxtlikdən evdə heç kim olmamışdı. Düşmən uşaq bağçalarını, məktəbləri, xəstəxanaları və evləri atəşə tuturdu. Lakin bizim xalqımız qorxuya düşmürdü. Biz Ali Baş Komandamız İlham Əliyevə və iradəli, cəsur ordumuza güvənirdik. Körpələri qətlə yetirən aciz düşməndən qorxmurduq. Biz artıq intiqam almaq, doğma yurdumuza – Qarabağımıza geri dönmək istəyirdik. Ordumuz əks-hücum əməliyyatlarına keçdi. Düşmən ilk gündən məğlub olmağa başladı və döyüş meydanında hünər göstərə bilməyən erməni daşnaqları mülki əhalini hədəf aldı. Bizim sığındığımız Bərdə şəhəri, xüsusən də, xəstəxana olan ərazilər raket atəşinə və qadağan olunmuş kaset bombalarından atəşə tutulurdu. Bu çox dəhşətli idi. Ətrafı insan bağırtısı bürünmüşdü. Mən isə sanki lal olmuşdum. İnsanlar getdikləri yerdəcə həyatlarını itirırdi, maşınlar alovlanıb yanırdı. Bir ata öz uşağını qorumaq üçün sinəsinə sıxmış, amma təəssüf ki, uçaq qəlpə yarasından atasının qucağındaca həyatla vidalaşmışdı. Oktyabrın 11-i gecə saat 2-də ermənilər müharibə zonasıdan uzaqda yerləşən Gəncə şəhərini qadağan olunmuş raketlərdən atəşə tutdular. İnsanlar dağıntılar altında qalmışdılar. 10 nəfər dinc sakin həyatını itirdi. Yaşı hələ tamam olmamış körpəni dağıntılar arasından çıxarılmasını izləmək, bunun baş verməsinə inanmaq dəhşət idi. İnsanlığa sığmayacaq hərəkətləri edən düşmənə qarşı olan nifrətim hər gün daha da artırdı. Mən hər gün dua edirdim ki, tezliklə ordumuz qələbə qazansın, daha şəhid verməyək, anaların gözü yaşlı qalmasın, körpələr ata yolu gözləməsin.
Nəhayət, o gün gəldi. Noyabr ayının 9-dan 10-a keçən gecə Rusiya, Azərbayan və Ermənistan rəhbərləri üçtərəfli bəyannamə imzaladılar. Beləliklə, hərbi əməliyyatlar ordumuzun qələbəsi, düşmənin məğlubiyyəti ilə başa çatdı. 30 illik həsrətdən sonra Qarabağımız azad edildi. Bundan sonra Cənab İlham Əliyev zərər çəkmiş insanlara kömək etdi. Bütün ziyan dəymiş evlər, eləcə də, məktəblər, bağçalar təmir edildi. Şəhid və qazi ailələrinə yardım göstərildi, hər kəs öz evinə geri döndü. Ancaq Azərbaycanın geri qayıtması mümkün olmayan şəhidləri vardı. Biz bu gün rahat yaşamağımız üçün onlara borcluyuq. Bütün şəhid anaları qarşısında baş əyirik. Onların haqqı heç vaxt ödənməz. Mən dünyaya səslənirəm: “Qocaların, körpələrin vəhşicəsinə qətlə yetirilməsini görməzdən gəlməyin. Bu gün buna göz yuman hər kəs sabah bundan daha pis hadisələrlə üzləşə bilər. Gəlin dünyamızı sülh, şadlıq və firəvanlıq üzərində quraq!”
İsgəndərova Nərmin
Ağdam rayonu Baharlı I qəsəbə
tam orta məktəbi – X sinif