Kərimli Nuray
44 günlük Vətən müharibəsində həm ön cəbhədə, həm də arxa cəbhədə düşmənə qarşı mübarizə aparılırdı. Xalqımız dəmir yumruq ətrafında birləşmişdi. Ordumuz düşmənə qarşı igidliklə vuruşurdu. Lakin hər zaman olduğu kimi ermənilər yenə şərəfsizliyə əl atdılar. Ordumuza qalib gəlməyəcəyini başa düşən düşmən dinc əhalini atəşə tutmağa başladı. Bunu yalnız ermənilər edə bilərdi. Biz tarix boyu dəfələrlə bunun şahidi olmuşuq. Gəncə şəhəri 4,5,8,11,17 oktyabrda günün müxtəlif saatlarında raket atəşinə məruz qaldı.
İnsanlar gündəlik həyatlarına davam edirdilər. Heç kim belə bir hadisənin baş verəcəyini gözləmirdi. Həmin vaxt mən və ailə üzvlərim evdəydik. Birdən bərk gurultu səsi eşitdik. Əvvəlcə heç kim nə olduğunu anlamadı. Çaş-baş qalmışdıq. Az sonra eyni səsi bir də eşitdik. Mən elə bil donub qalmışdım, nə edəcəyimi bilmirdim. Heç nə başa düşmürdüm. Qorxmağa başlamışdım. Bu nə ola bilərdi axı? Həmin vaxt qardaşımın yanına qaçdım. Hamı küçəyə çıxmışdı. Biz də çölə çıxdıq. Başa düşdük ki, ermənilər şəhəri raket atəşinə tutub. Oktyabrın 11-i şəhər yenə atəşə tutuldu. Amma bu dəfəki daha dəhşətli oldu. Evlər dağıdılmış, insanların cansız bədəni dağıntılar altında qalmışdı. Hamı öz yaxınlarını axtarırdı. Qışqırtı səsləri ətrafı bürümüşdü. Hamı təşviş içində idi. O gecə yaddaşda acı xatirələr qaldı. Bu insanlığa qarşı terror idi. Balaca Bəxtiyar hamının üzünə gülümsəyirdi. Gələcəyin Poladı təsəlli verirdi insanlara. O gecədən sonra 2 yaşlı Nilay hələ də ata-anasının yolunu gözləyir. Onların qayıdacağına inanır. Hələ də elə bil o gecəni xatırlayırmış kimi qulaqlarını tutub ağlayır. Necə bu qədər insafsız ola bilərdilər axı? Necə qıydılar bu körpəyə? Axı, hələ onlar ata-anaların qayğısından doymamışdılar. 15 yaşlı Nigarın xəyalları gözündə qaldı o gecə. Bu dəfə onun doğum günü hədiyyəsini düşmən hazırladı və bu hədiyyə onun üçün son oldu. 2 yaşlı Məryəm o gecənin dəhşətinə qarşı susdu. Bacısı isə öz əmziyini saxlayaraq, sanki valideynlərini, bacısını xatırlayır. 10 aylıq Narin anasının şirin laylasıyla gözlərini sonuncu dəfə yumdu və əbədi yuxuya getdi. Onların günahı nəydi? Dünya bu vəhşiliyə necə dözür? Mən bütün bunları görəndə dəhşətə gəlirdim. Hamımız bilirdik ki, ordumuz ermənilərdən fərqli olaraq şəhidlərimizin qisasını döyüşdə alırdı. Biz bunların heç birini unutmayacağıq və bütün dünyaya erməni vəhşilərini göstərəcəyik. Qoy hamı bu terroru görsün.
Kərimli Nuray
Gəncə şəhər 17 nömrəli tam
orta məktəbi – XI sinif