Mirzəzadə Nərmin
27 sentyabr 2020-ci il. Bu tarix heç bir zaman mənim yaddaşımdan silinməyəcək. Səhərin gözü açılmamış eşidilən top, pulemyot, sarsıdıcı atəş səsləri hələ də qulağımdan getməyib. Erməni silahlı qüvvələri cəbhə boyu əraziləri dağıtmağa, viran qoymağa başladılar. Dinc əhalini iri çaplı silahlardan atəşə tutdular. Mən də erməni faşistlərinin törətdiyi o hadisələrin şahidi idim. Çünki cəbhəyanı kənd olan Qapanlı kəndində yaşayıram. Hadisə baş verən gün valideynlərim bizi qonşu rayon olan Bərdəyə apardı. Yolda insanların həyəcan dolu baxışları, hələ də nə baş verdiyini başa düşməyən körpələrin səsini unuda bilmirəm. Elə dəhşətli bir səhnə idi ki, xatırlamaq belə istəmirəm. Biz hələ kənddən çıxmamış evlərin atılan silah və toplardan yandığını gördük.
Bərdə rayonuna çatdıq. Sanki yağışdan çıxıb yağmura düşdük. Bərdəyə də raketlər atdılar. Dinc əhalini qırdılar. Yelləncəkdə yellənmək istəyən qızcığazı qanına boyadılar. Yer-göy başıma fırlandı. Harada olduğumu bəzən unudurdum. Asfaltın üstündə yanan maşın, insan, qan və ölüm. Qonşular bir-birinə, bizə hər vasitə ilə kömək edirdilər. Çox psixoloji sarsıntılar keçirdik.
Mən bütün həmyaşıdlarıma üzümü tutaraq deyirəm ki, heç vaxt erməni qatillərinin törətdiyi qanlı hadisələri unutmayın. Ermənilərin törətdiyi faciələri sosial şəbəkələr və digər yollarla bütün dünyaya çatdırmalıyıq. Bütün dünya onların terrorçu bir millət olduğunu tezliklə bilməlidir.
Mirzəzadə Nərmin
Tərtər rayonu Qapanlı kənd
tam orta məktəbi – XI sinif