Nəbizadə Aysel
27 sentyabrda Azərbaycan torpaqlarımızın azadlığı uğrunda müharibəyə bașlamalı oldu. Mənfur düșmən ordumuzla müharibə apara bilmədiyi üçün günahsız insanları hədəf aldı. Düșmən müharibə müddətində Gəncə, Bərdə, Tərtər, Ağdam ərazilərini kasetli bombalar və artilleriya ilə atəșə tuturdu. Ermənilər Bərdəyə 5, 27, 28 oktyabr günlərində kasetli bombalar ataraq günahsız insanların həyatına son qoydu. Hələ həyatı tam bașa düșməyən 7 yașlı Aysu da onların sırasında idi.
Bərdəyə ilk dəfə 5 oktyabrda raket atılan zaman evdə idim. Partlayıș səsi eșidən kimi çölə çıxdım və həmin an elə bil ki, dünya mənim üçün dayandı. Düșməndən günahsız insanları qorumaq üçün məktəbimizin drektoru Teymur Həmidov o insanlara bizim məktəbdə sığınacaq verərək köməklik göstərirdi. Direktorumuzla bərabər məktəbimizin müəllimləri və Bərdə sakinləri də köməklik edirdılər. Bütün bunlara baxmayaraq heç kəs rayonu tərk etmədi. Biz də ordumuza belə dəstək olduq. Mənfur düșmənə ərazini tərk etməyərək onlardan qorxmadığımızı, hər zaman ordumuzun yanında olduğumuzu sübut etdik. Müharibə vaxtı çox psixoloji sarsıntılar keçirdim. Lakin heç vaxt mən və ailə üzvlərim Bərdəni tərk etmədik. Bütün yașananlara baxmayaraq ordumuz 44 günə bütün torpaqlarımızı azad etdi. Bütün bu qələbəni və sevinci bizə yașadan Ali Baș Komandanımıza, șəhidlərimizə, qazilərimizə və əsgərlərimizə təșəkkürlər edirik və qarșılarında baș əyirik. Allah bütün șəhidlərimizə rəhmət etsin, qazilərimizə șəfa versin və əsgərlərimizi qorusun.
Vətən uğrunda ölən varsa, Vətəndir! Yașasın Ali Baș Komandanımız və ordumuz.
Qarabağ Azərbaycandır!
Nəbizadə Aysel
Bərdə şəhəri səhid Alı Mustafayev
adına 5 nömrəli tam orta məktəbi –
X sinif