Nəsibova Günay
44 günlük vətən müharibəsində Azərbaycan xalqı çox çətinliklər çəkdi. Ancaq bu çətinliklərə baxmayaraq “Dəmir Yumruq” kimi birləșdik. Qələbəyə nail olduq. Həqiqətən müharibə müddətində çox çətinliklərlə üzləşdik. Xüsusilə də, Gəncəyə atılan ballistik raket zamanı. İlk dəfə raket 4 oktyabr tarixində günorta saatlarında atılmıșdı. O vaxtı evdə idim və çox qorxmușdum. Daha sonrakı tarixlərdə atılan raketlər gecə 00:00 radələrində atılmıșdı. O vaxtı bizim üçün daha çətin idi. Gecə yatdığımız vaxt partlayış səsi ilə anidən oyanmaq daha dəhșətli idi. Yașayıș yerimiz, ətraf ərazilər çox zərər gördü. Demək olar ki, çox yer dağılmıșdı. Bu müddət ərzində doğmalarımla bir yerdə olduq. Hisslərim qarıșmışdı. Torpaqlarımız azad olur, qələbəyə gedirik. Buna çox sevinirik. Bir tərəfdən də șəhərlərimiz raket atıșına məruz qalır, mülki əhali həyatını itirir. Çox qorxurduq. Qorxu, təlaș, panika, sevinc hamısı bir-birinə qarıșıb. Ancaq bunlara baxmayaraq özümü daim təmkinli saxlayırdım. Müharibədən sonrakı vaxtda psixoloji sarsıntılar yașadım. Bəzən hər hansı yüksək səs gələndə qorxurdum, sanki raket atılırdı. Təkcə bu hisləri mən yox, əminəm ki, çox ușaq yașadı. Həqiqətən, bu müddət ərzində insanlar çox məyus oldu. İnsanlar qohumları üçün çox narahat idilər. Gəncəyə raket atılan zaman insanlar həlak oldu. Ölən insanların yaxınlarını görən zaman biz daha da üzülürdük. Xilasedicilər insanların meyitlərini toplayırdı. Bu həqiqətən çox qorxulu idi. Kiçik yașlı ușaqların valideynlərini itirməsi, gözləri önündə valideynlərini cansız halda görməsi insanı ağır təsir edir. O ușaqlar indi də o gecənin travmasını yașayırlar. Əminəm ki, hər șey onlar üçün zaman keçdikcə daha yaxșı olacaq.
Yaşıdlarıma tövsiyyəm șəhidlərimizi heç vaxt unutmamaqdır. Ermənilərin bu vəhșiliklərini dünya icimaiyyətinə çatdırmaq üçün hər kəs bacardığını etməlidir.
Nəsibova Günay
Gəncə şəhər 17 nömrəli
tam orta məktəbi – X sinif