Quluyeva Türkan
27 sentyabr 2020-ci il səhər saatlarında qəflətən partlayış səsləri eşidildi. Mənfur düşmən səhər açılar-açılmaz bizə qarşı amansız hücuma keçdilər. Partlayış səsləri eşidiləndə hamı kimi biz də evimizdə idik. Anidən gələn bu səslər hamını təşvişə salmışdı. Ancaq təmkinli olmalı idik. Şəhərin hər tərəfinə ard-arda bombalar düşürdü. Psixoloji cəhətdən çox sarsıntılar keçirdik. Mənəvi cəhətdən heç birimiz bu vəziyyətə hazır deyildik. Hamının ağlında bir neçə sual cavabsız şəkildə dövr edirdi: ”Nə olacaq? Evimizə dönə biləcəyikmi?”
44 günlük müharibə dövründə rəşadətli ordumuz düşmənə heç bir dəqiqə də boyun əymədən, qəhrəmancasına öz adlarını qızıl hərflərlə tarixə yazaraq torpağlarımızı geri aldı. Çox çətin yollardan keçmiş olsaq da, sonunda 30 illik həsrətə 44 gün ərzində son qoyuldu. Müharibə bitdikdən sonra öz torpağımıza, rayonumuza qayıtdıqda dəhşətə gəldik. Şəhər başdan-ayağa demək olar ki, xarabalığa çevrilmişdi. Bizim yaşayış məskənimizə zərər dəyməsə də, ətrafımızdakı dağıntılar ürəyimizi param-parça etdi.
Nəhayət, 10 Noyabr günü bütün suallar öz cavabını tapdı. Günlərlə gözlənilən sualların cavabı! Təbii ki, bu qələbəyə görə Prezidentimiz İlham Əliyev başda olmaqla, cəsur əsgərlərdən təşkil olunmuş güclü ordumuza borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin.
Çox yaşa Azərbaycan əsgəri! Allah yardımçın olsun!
Quluyeva Türkan
Tərtər şəhər Şikar Şikarov adına
5 nömrəli tam orta məktəbi – X sinif