Rzayeva Aysel
27 sentyabr 2020-ci ildə antiterror əməliyyatı başlandı. 30 illik işğala ordumuz 44 gündə son qoydu və torpaqlarımızı azad etdi.
Bərdə şəhəri 3 dəfə raket hücumuna məruz qaldı.
5 oktyabrda Bərdə şəhərinə ilk raket zərbəsi endirildi. O zaman mən şəhərin mərkəzində idim. Həmin an bir anlıq donub qaldım. Sonra baxdım ki, hər kəs təlaş içindədir. Mən tez evə gəldim, çox qorxurdum. Sonra bir anlıq düşündüm ki, biz əgər bu gün qaçsaq ölkəmizi kim qoruyar? Biz bir yerdə olmalıyıq. Əsgərlərimizə dəstək olmalıyıq. Axı, onlar bizim üçün, torpaqlarımız uğrunda vuruşur. Biz müharibənin sonuna qədər Bərdədə qaldıq. Müharibənin sonuna qədər xalqımızın yanında olan Ali Baş Komandan İlham Əliyevin hər çıxışı bizi çox fərəhləndirirdi. Bu müharibə zamanı çox itkilər verdik. Ancaq vətən uğrunda döyüşdə insanlar ölmür, şəhid olurlar.
28 oktyabrda Bərdə şəhərinə 3-cü dəfə raket atıldı. Bu digərlərindən daha dəhşətli idi. Günahsız gənc, qoca və uşaqlar bu faciənin qurbanı oldular. Uşaqlar bir və ya hər iki valideynini itirdilər. Axı, onların günahı nə idi? Müharibə ön cəbhədə gedirdi. Ancaq ordumuz bütün bu vəhşiliyin qisasını aldı. İlham Əliyevin dəstəyi, ordumuzun şücayəti ilə torpaqlarımız işğaldan azad olundu.
İlham Əliyevin dediyi kimi: “Biz hər birimiz dəmir yumruq kimi bir yerdə olduq”.
İndi o torpaqlarda 3000-dən çox şəhidin qanı var. İlham Əliyevin göstərişi ilə o torpaqlar yenidən canlanır.
Mən də Ağdamlıyam. Bir Ağdamlı olaraq torpaqlarımızın azad olunmasını, gedib oraları görməyi çox istəyirdim. Şükürlər olsun ki, o torpaqlar azad olundu və nəhayət, tez bir zamanda gedib o yerləri görəcəyəm. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz ordumuzla, prezidentimizlə fəxr edirik. Yaşasın Azərbaycan xalqı, yaşasın dövlətimiz!!!
Rzayeva Aysel
Bərdə şəhəri Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbi – XI sinif